Noy 05, 2016 12:53 Asia/Baku
  • Nardaran piri
    Nardaran piri

Bakı şəhərinin yaxınlığında yerləşən bibi Rəhimə ziyarətgahının qazı İmam Hüseyn(ə) ərbəini ərəfəsində kəsilib

İslamazeri internet portalının verdiyi məlumata görə, rəsmi Bakı islamçılara qarşı təzyiqlərinin davamında Nardaran kəndində yerləşən bibi Rəhimə ziyarətgahının qazını kəsib. 

Havaların soyuması ilə ziyarətgahın qazı olmazsa möminlər bu məkanda ibadətdə çətinlik çəkəcəklər.

Məlumata görə Azərişıq elektrik şirkəti də ziyarətgahın qızdırılması üçün elekterikdən istifadəni qadağan edib. 

Azərbaycan Respublikasında Nardaran piri adı ilə tanınan Rəhimə Xatun ziyarətgahı İmam Rzanın(ə) bacısının dəfn edildiyi məkandır. O həzrət Harunərrəşid və Məmun dövründə ailəsi ilə birlikdə bu ərazilərə sığınıb və Nardaranda dünyasını dəyişib 

Nardaran Bakıdan 50 km aralıda yerləşərək Azərbaycan Respublikasının ən əsas şiəlik mərkəzi hesab olunur.

Xatırladaq ki ,  2015-ci il 26 noyabrda nardaranlılar ərbəin münasibəti ilə matəm mərasimlərinə hazırlaşarkən polis və təhlükəsizlik qüvvələrinin hücumlarına məruz qalmışdı. 

Teqlər