BMT insan haqlarına görә Azərbaycanı qınadı
-
BMT insan haqlarına görә Azərbaycanı qınadı
BMT İnsan Hüquqları Komitəsi Azərbaycanda mülki və siyasi hüquqların vəziyyət haqda yekun hesabatını açıqlayıb.
Komitə sentyabrın 26-dakeçirilmiş referendumdan, Konstitusiyaya dəyişikliklərin“parlamentin iştirakı və açıq müzakirələr olmadan” həyata keçirilməsi ilə bağlı narahatlığını bildirib.
“Qəbul edilən dəyişikliklər vətəndaşların hüquqlarını məhdudlaşdıra və məhkəmə hakimiyyətinin müstəqilliyini təhlükə altına ala bilir, prezidentin səlahiyyətlərini artırır, onun siyasi məsuliyyətini azaldır, parlamentin hüququnu məhdudlaşdırır”, sənəddə deyilir.
“Komitə gənc fəallara qarşı işgəncə və amansız davranış haqda məlumatlardan narahatdır.
Sənəddə qeyd edilir ki, dini etiqad azadlığı məsələsində dindarların hüquqları məhdudlaşdırılır, müsəlman icmalarının Qafqaz Müsəlmanları İdarəsi-ndən icazə alması vacibdir, dini ədəbiyyata senzura var.