Azərbaycan XİN-i Ermənistanın Qarabağın adını dəyişmək qərarına etiraz edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i244271-azərbaycan_xİn_i_ermənistanın_qarabağın_adını_dəyişmək_qərarına_etiraz_edib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq bu respublikanın işğal olunmuş ərazilərində yaradılan üzdən iraq rejimin adının dəyişdirilməsinə etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2016 13:13 Asia/Baku
  • Azərbaycan XİN
    Azərbaycan XİN

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq bu respublikanın işğal olunmuş ərazilərində yaradılan üzdən iraq rejimin adının dəyişdirilməsinə etiraz edib.

Azərbaycan Respublikası XİN-in bəyanatında deyilir: Ermənistan Konstitusiyada dəyişiklik etmək və Azərbaycanın işğal olunmuş ərazilərində icad edilən qondarma rejimin adını "Artsax"-a dəyişməklə  bir daha ATƏT-in Minsk qrupunu və beynəlxalq ictimaiyyəti aldatmaq istəyir.

Bəyanatı oxuyan Hikmət Haciyev deyib: İki ölkə prezidentlərinin Vyana və Sankt Peterburqdakı görüşlərindən sonra müəyyən konstruktiv addımların atılacağı gözlənilirdi ancaq İrəvan bu kimi təhrikamiz hərəkətləri ilə münaqişənin sülh yolu ilə həlli üçün gedən müzakirələrə ziyan vurmaq yolunu götürüb.

Azərbaycan XİN-i bildirib: Bütün beynəlxalq ictimaiyyət, Dağlıq Qarabağı bu adla tanıyır və onun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirir, Ermənistanın konstitusiyaya dəyişiklik adı altında apardığı oyun bir daha göstərir ki, Ermənistan Azərbaycan Respublikası ərazilərinin ilhaqı siyasətini həyata keçirir və bu da Ermənistanın müzakirələrdəki iştirakının qeyri-ciddi və görüntü xarakterli olduğunu sübut edir. Ermənistan imkan daxilində konstruktiv müzakirələrdən boyun qaçırmaq, ATƏT-in Minsk qrupunun həmsədrlərini aldatmaq və onların mövcud durumu dəyişmək uğrundakı səylərini nakam qoymaq üçün çalışır.