İran-Azərbaycan Respublikası həmkarlıqlarının media sahəsində inkişafı vurğulanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i244406-İran_azərbaycan_respublikası_həmkarlıqlarının_media_sahəsində_inkişafı_vurğulanıb
İran İslam Respublikasının Bakıdakı yeni səfiri Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2016 16:07 Asia/Baku
  • İran-Azərbaycan Respublikası həmkarlıqlarının media sahəsində inkişafı vurğulanıb
    İran-Azərbaycan Respublikası həmkarlıqlarının media sahəsində inkişafı vurğulanıb

İran İslam Respublikasının Bakıdakı yeni səfiri Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri ilə görüşüb.

Trend xəbər agentliyinin məlumatına görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə bu gün Bakıda Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Ənuşirəvan Məhərrəmli ilə media sahəsində İran-Azərbaycan Respublikası həmkarlıqlarının inkişafı mövzusunu araşdırıb.

Bu məlumata görə, həmin görüşdə İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının Bakı ofisinin müdiri- Əmir Kərəmi də iştirak edib.

Görüşdə həmçinin İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının sədri Əli Əsgərinin Bakıya səfəri məsələsi nəzərdən keçirilib.