Bakıda müasir teatr konfransı
40 ölkə ö cümlədən İran nümayəndələrinin iştirakı ilə Bakı 4-cü beynəlxalq müasir teatr konfransı keçirilib.
Konfransa İrandan 5 araşdırmaçı o cümlədən İranın sənət və memarlıq universitetinin müəllimi xanım D-r Simin Əmirian da qatılaraq teatr ilə əlaqədar müxtəlif mövzuları əhatə edən məqalələr təqdim ediblər.
Azərbaycan Dövlət Musiqili Teatrın direktoru Əliqismət Lalayev konfransda çıxışı zamanı deyib: Multikulturalizm mövzusunda keçirilən bu konfransda müasir teatrın durumu onun inkişafı sahələri məqalələr formasında təqdim edilib və araşdırılıb. Bu konfrans üçün hazırlanan məqalələri nəzərə alaraq bu müasir teatr sahəsində müsbət nailiyyət olacaq.
Teatr fəallarının bu sənətin son durumu barədə fikir mübadilələri, teatr sənəti barədə son araşdırmaların təqdim olunması eləcə də teatrın inkişafı sahələrinin araşdırılması Bakı beynəlxalq teatr konfransının məqsədlərini təşkil edirdi.