Azərbaycan rəsmisi ölkədə radikal qruplarla ciddi mübarizəni vurğulayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i247847-azərbaycan_rəsmisi_ölkədə_radikal_qruplarla_ciddi_mübarizəni_vurğulayıb
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri deyib: Bu ölkədə radikal dini qruplarla ciddi şəkildə mübarizə aparılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2016 16:58 Asia/Baku
  • Azərbaycan DQİDK sədri Mübariz Qurbanlı və İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə
    Azərbaycan DQİDK sədri Mübariz Qurbanlı və İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri deyib: Bu ölkədə radikal dini qruplarla ciddi şəkildə mübarizə aparılır.

İRNA-nın məlumatına görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İran İslam Respublikasının Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə ilə görüşdə deyib: Azərbaycan Respublikasında bu qrupların heç bir ictimai bazası yoxdur.

İran və Azərbaycan Respublikasının dostluq əlaqələrinə toxunan Qurbanlı bu ölkənin sabiq prezidenti Heydər Əliyevin ikitərəfli əlaqələrin genişlənməsində önəmli rolunu xatırladıb və deyib: Hal-hazırda bu siyasət Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri həmçinin Azərbaycan Respublikası və İranın dini sahəsindəki əlaqələrini qənaətbəxş adlandırıb.

Məlumata görə, İran İslam Respublikasının yeni səfiri Cavad Cahangirzadə də İran və Azərbaycanın dini radikallıqla mübarizə üzrə əməkdaşlığının əhəmiyyətindən danışıb.

Səfir Cahangirzadə İran və Azərbaycan Respublikası rəsmilərinin qarşılıqlı səfərlərini, eləcə də ikitərəfli əlaqələrin genişləndirilməsi üçün belə görüşlərin keçirilməsini əhəmiyyətli dəyərləndirib.