Noy 29, 2016 16:23 Asia/Baku

İranın sərhədaşırı talış radiosunun verdiyi məlumata görə, AzalTv internet portalının baş redaktoruna 3 ay həbs hökmü verilib

Yerli rəsmiləri Cəlilabad şosse yolunun bərbad vəziyyəti ilə əlaqədar tənqid edən Əfqan Sadığov bir neçə dəfə təhlükəsizlik orqanları tərəfindən çağırılmış və təhdid edilmişdi və nəhayət ona 3 il həbs cəzası verilib. 

Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri son günlər Nardaran hadisələrində həlak olanların ildönümü münasibəti ilə mərasimlərin keçirilməsinə izn verməyib və bu xüsusda qəsəbənin iki dindar fəalını həbs ediblər. 

Ötən həftə də Nardaran şəhidlərinin qəbrləri hökumət orqanları tərəfindən dağıdılmışdı. 

Xatırladaq ki, Azərbaycan Respublikası rəsmiləri ötən ay Cenevrədə BMT İnsan Haqları Komitəsi ilə müştərək iclasda ölkədə vətəndaşların hüquqlarının durumunu yaxşılaşdırmaq və mədəni azadlıqların təmin edilməsi uğrunda səylər həyata keçirmək barədə öz üzərlərinə öhdəlik götürmüşdülər. 

Teqlər