Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib
Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib
İRİB-nin Bakı ofisinin verdiyi məlumata görə, Qafqaz Xalqları Ali Dini Şurasının, müxtəlif ölkələrin dini nümayəndələri və səfirlərinin iştirakı ilə Bakıda keçirilən bu konfransda Qafqaz regionunun dini alimləri dinin müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasının təminindəki rolunu araşdırıblar.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə konfransda etdiyi çıxışında deyib: İndiyədək Qafqaz regionu üzrə buna bənzər 3 konfrans keçirilib və bu gün bu konfrans Bakıda keçirilir , iki gündən sonra isə böyük dini alimlərin iştirakı ilə Tehranda keçiriləcək. İran, Rusiya və Azərbaycan Respublikası prezidentlərinin üç ölkənin münasibətlərinin inkişafı istiqamətində birgə səylərini nəzərə alaraq Bu kimi konfranslar da müsbət nəticələrə gətirib çıxaracaq.
Azərbaycan Dini Qurumlarla İş üzrə Dovlət Komistəsinin sədri Mübariz Qurbanlı da konfransda etdiyi çıxışında bəşər ictimaiyyətində terrorun törətdiyi fəsadlara və dünyanın sülh və sakitliyə ehtiyaclı olmasına toxunaraq deyib: Hal-hazırda 40 ölkədə müharibə və münaqişə gedir, 2015-ci ildə terror nəticəsində ölənlərin sayı 2008-ci illə müqayisədə 300 dəfə artıb.
İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət atteşesi İbrahim İbrahimi də konfransda etdiyi çıxışında deyib: Tolerantlıq və multikulturalizm sözlərinin qərblilərin yeni sözləri olmasına baxmayaraq bu məfhumların kökü din və quran təlimlərindədir.
İbrahim İbrahimi deyib: Şərq və İslami İran multikulturalizm və dinlərə hörmət beşiyidir.
Konfrans müxtəlif dinlərin nümayəndələrinin eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin çıxışları ilə davam edib, çıxış edənlər regionda sülh və sakitliyin , insanların dinc yanaşı yaşamasının və dini təlimlərdən bu istiqamətdə istifadə edilməsinin vacibliyini vurğulayıblar.