İsrail rejimi ilə Azərbaycan R. arasında bir neçə əməkdaşlıq sənədi imzalanıb
-
İsrail rejimi ilə Azərbaycan R. arasında bir neçə əməkdaşlıq sənədi imzalanıb
İsrail rejimi və Azərbaycan Respublikası bir neçə əməkdaşlıq sənədi imzalayaraq, öz aralarındakı münasibətləri genişəndirirlər.
Trend xəbər agentliyinin məlumatına görə, bu gün Bakıda işğalçı sionist rejimin baş naziri Benyamin Netanyahu ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Standart Komitəsinin sədri Ramiz Həsənov və bu ölkənin kənd təsərrüfatı naziri Heydər Əsədovla İsrail rejiminin ətraf mühiti mühafizə naziri Ze'ev Elkin arasında standart və kənd təsərrüfatı sahələrində iki həmkarlıq sənədi imzalanıb.
Ze'ev Elkin Azərbaycan Respublikasının vergi naziri Fazil Məmmədovla da ikiqat vergidən azad edilmə sahəsində digər bir razılaşma sənədi imzalayıb.
Bu məlumata görə, İsrail rejiminin ətraf mühiti mühafizə naziri Ze'ev Elkin ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov arasında Azərbaycan Respublikası dövləti ilə işğalçı sionist rejim arasında müştərək bir komissiyanın yaradılması barədə memorandumun imzalanması Netanyahunun Bakıya səfərinin digər nəticələrindən olubdur.