Xəzərdə 10 nəfər itkin düşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i251150-xəzərdə_10_nəfər_itkin_düşüb
Bu gün səhər çağı Azneft neft və qaz şirkətinə məxsus Səngəçal Estakadasının “NST-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2016 12:57 Asia/Baku
  • Xəzərdə 10 nəfər itkin düşüb
    Xəzərdə 10 nəfər itkin düşüb

Bu gün səhər çağı Azneft neft və qaz şirkətinə məxsus Səngəçal Estakadasının “NST-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb.

IRIB-nin Bakı nümayəndəliyinin APA-ya istinadlı məlumatına görə, bu hadisədə gözətçi ofisi də suda qərq olubdur.

İlkin məlumatlara görə, bu hadisədə on nəfər itkin düşüb.

İtkin düşənləri axtarıb tapmaq və xilas etmək üzrə səylər davam edir. Bu hadisəni araşdırmaq üçün bir komissiya təşkil edilib.