Azərbaycanın "ASAN Viza" sistemindən istifadə edəcək ölkələr açıqlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i251267-azərbaycanın_asan_viza_sistemindən_istifadə_edəcək_ölkələr_açıqlanıb
“ASAN Viza” sistemi vasitəsilə elektron viza veriləcək ölkələrin adları məlum olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2016 08:05 Asia/Baku
  • "ASAN Viza" sistemi

“ASAN Viza” sistemi vasitəsilə elektron viza veriləcək ölkələrin adları məlum olub.

 APA-nın xəbərinə görə, 81 ölkənin vətəndaşı “ASAN Viza” sistemindən istifadə edərək Azərbaycana səfər edə biləcək. Vətəndaşlarına elektron viza veriləcək ölkələrin arasında İran da var.

İran Azərbaycan Respublikası vətəndaşlarına viza rejimini ləğv etsə də, Azərbaycan hələ də İran vətəndaşlarına viza rejimi tətbiq edir.  

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi, müəyyən olunmuş dövlət rüsumunun elektron qaydada ödənilməsi, elektron vizanın üç iş günü müddətində verilməsi, elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi təmin edilir.

 Elektron viza veriləcək ölkələrin siyahısı:

Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Andorra, Argentina, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya, Bruney, Cənubi Afrika Respublikası, Çexiya, Çili,  Çin Xalq Respublikası, Danimarka, Estoniya, Əlcəzair, Finlandiya, Fransa, Hindistan, Xorvatiya, İndoneziya, İordaniya, İran, İrlandiya, İslandiya, İspaniya, Sionist İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Kipr, Koreya, Kosta-Rika, Kuba, Küveyt, Qətər, Qvatemala, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq,  Macarıstan, Makedoniya, Malayziya, Malta, Meksika, Mərakeş, Monako, Monteneqro, Monqolustan, Nepal, Niderland, Norveç, Oman, Pakistan, Panama, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Sloveniya, Şri-Lanka, Tailand, Türkiyə, Türkmənistan, Vatikan, Vyetnam, Yaponiya, Yeni Zelandiya və Yunanıstan.