Qərargah: İtkin düşən neftçilərin axtarışı nəticəsizdir
Azərbaycan Respublikasında itkin düşən neftçilərin axtarışları davam edir. Axtarışlar nəticə verməyib. Yalnız bir neftçinin meyiti tapılıb və aidiyyatı üzrə təhvil verilib. Axtarışlar həm gəmi, həm də helikopterlərlə davam etdirilir.
"Azneft" İstehsalat Birliyinin estakadanda baş verən hadisə ilə bağlı yaradılan qərargah bildirilib ki, itkin düşən neftçilərin axtarışı nəticəsizdir.
Qeyd edək ki, dekabrın 15-də səhər saatlarında Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb: Bir neftçinin tapılaraq aidiyyatı üzrə təhvil verilib. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.
Qeyd edək ki, 2015-ci ilin 4 dekabr tarixində "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə yanğın baş vermişdi. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 9 nəfər dünyasını dəyişmiş, 22 nəfər isə itkin düşmüşdür.