Bakıda mövlud mərasimi
https://azeri.sahartv.ir/news/azərbaycan-i251492-bakıda_mövlud_mərasimi
İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın(s.ə.s) və İmam Cəfər Sadiq(ə)-ın mövlud günü münasibəti ilə bu gün Bakıda şənlik mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2016 17:27 Asia/Baku
  • Bakıda mövlud mərasimi
    Bakıda mövlud mərasimi

İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın(s.ə.s) və İmam Cəfər Sadiq(ə)-ın mövlud günü münasibəti ilə bu gün Bakıda şənlik mərasimi keçirilib.

İRİB-nin Bakı ofisinin verdiyi məlumata görə, müxtəlif təbəqədən olan insanların iştirak etdiyi bu mərasim İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin Şəhriyar Evində keçirilib. İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət attaşesi İbrahim İbrahimi bu mərasimdə çıxış edərək, İslam peyğəmbərinin fəzilətlərindən danışıb və deyib: İslam peyğəmbəri aləmlərin rəhmətidir. Və Allahın rəsulunun yolunu davam etdirmək hər bir kəsin borcudur. 

İ.İbrahimi İslam adına cinayət törədən təkfirçilər və terrorçuları hegemonçuluq quruluşuun əlində İslam ölkələri və İslam dininə zərbə vurmaq üçün bir vasitə adlandırıb və deyib: Bunların İslamdan xəbəri yoxdur. İslam rəhmət, sülh və mehribanlıq dinidir. Şiə və sünni olmasından asılı olmayaraq, bütün müsəlmanlar birlik və həmrəylik ilə düşmənin fitnələri qarşısında mübarizə aparmalıdırlar. 

Bu mərasimdə məddahlar İslam peyğəmbərinin şənində şerlər oxuyublar.