Azərbaycanlılar gül dəstələrilə qarşılanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i258511-azərbaycanlılar_gül_dəstələrilə_qarşılanıb
Astaranın məsul şəxsləri mübarək Fəcr ongünlüyü münasibətilə bu şəhərin sərhəd terminalında azərbaycanlı müsafirəri çiçək dəstələri ilə qarşılayıb və müşayiət ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2017 15:56 Asia/Baku
  • Azərbaycanlılar gül dəstələrilə qarşılanıb
    Azərbaycanlılar gül dəstələrilə qarşılanıb

Astaranın məsul şəxsləri mübarək Fəcr ongünlüyü münasibətilə bu şəhərin sərhəd terminalında azərbaycanlı müsafirəri çiçək dəstələri ilə qarşılayıb və müşayiət ediblər.

İranın Astara şəhrestanının ümumi anbarlar üzrə müdiri deyib: Azərbaycan Respublikası vətəndaşlarından qırx nəfər sərhədə giriş və sərhəddən çıxış zamanı yerli rəsmilər tərəfindən qarşılanaraq, müşayiət olunubdur.

Kiyumərs Məclesi əlavə edib: Astara gömrüyünün sərhəd terminalının ərazisi və müsafir binasının zalı inqilab dövrünün şəkilləri, İslam İnqilabının Dahi Banisi və İslam İnqilabının Böyük Rəhbərinin çıxışları ilə bəzədilibdir.

O, əlavə edib: İmam Xomeyni(r.ə)-in islami vətənə daxil olmasının tarixi anının ildönümü günündə Astara sərhəd terminalında inqilab nəğmələri göylərə ucalıb.