50 ölkə İslam Ölkələri Həmrəylik Oyunlarında iştirak etməyə hazır olduğunu bildirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i258581-50_ölkə_İslam_Ölkələri_həmrəylik_oyunlarında_iştirak_etməyə_hazır_olduğunu_bildirib
Bakıda 4-cü İslam Ölkələri Həmrəylik Oyunlarında iştirak etmək üçün indiyə qədər 57 islam ölkəsindən 50 ölkə hazırlığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2017 14:57 Asia/Baku
  • 50 ölkə İslam Ölkələri Həmrəylik Oyunlarında iştirak etməyə hazır olduğunu bildirib

Bakıda 4-cü İslam Ölkələri Həmrəylik Oyunlarında iştirak etmək üçün indiyə qədər 57 islam ölkəsindən 50 ölkə hazırlığını bildirib.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə verdiyi açıqlamada bu xəbəri bildirərək deyib: Qalan yeddi ölkənin maliyyə təminatı ilə əlaqədar problemləri vardır və lazımi köməklərlə onların da bu oyunlarda iştirak etmələrinə səy göstərilir.

Rəhimov 4-cü İslam Ölkələri Həmrəylik Oyunlarının keçirilməsi üçün bütün hazırlıq işlərinin görüldüyünü bildirib və deyib: Hal-hazırda bu oyunlar üçün Azərbaycan Respublikası paytaxtında bütün idman komplekslərinin təkmilləşdirilməsi davam edir.

Həmçinin oyunların keçirilməsi üzrə komitə bu oyunların biletlərinin Novruz bayramı günlərində satışa çıxarılacağını bildirib: Oyunlara tamaşa etmək üçün 260 min bilet satışa çıxarılacaq.

4-cü İslam Ölkələri Həmrəylik Oyunları 12-20 mayda Bakıda keçiriləcək.

İran İslam Respublikasının yığma komandası bu oyunlara 130 idmançı ilə qatılacaq.