Tanınmış Talış şair Əli Nasir-in vəfatı
-
Əli Nasir
Şair və publisist, talış mədəniyyət mərkəzinin rəyasət heyətinin üzvü, Azərbaycan yazıçılar ittifaqının üzvü Əli Nasir Nəsirov vəfat edib.
Əli Nasir 1955-ci ildə Lənkəranda anadan olmuş 1990-ci ilədək elə doğulduğu yerdə yaşamış sovet ittifaqının dağılmasından sonra Bakıya getmişdir.
Sovetin sonlarında Əli Nasir demokratiya uğrunda mübarizə aparanlar sırasında yer alırdı, Azərbaycan müstəqillik əldə etdikdən sonra o talış mədəniyyət mərkəzinin üzvü oldu və epik şerləri ilə xalqı hərəkətə gətirirdi.
Əli Nasir təqiblərə məruz qaldı, Bakı polisi tərəfindən tutularaq 8 il müddətinə Qobustan həbsxanasında azadlıqdan məhrum edildi. Əli Nasir 2001-ci ildə Avropa Şurasının müdaxiləsi nəticəsində azadlığa buraxıldı və özünün ədəbi fəaliyyətini davam etdirərək Azərbaycan türkcəsi və talış dillərində yaratdığı əsərlərini çap etdirməyə təşəbbüs göstərdi.
Əli Nasir, mərhum Novruzəli Məmmədovdan sonra Bakıda talış mədəniyyət mərkəzinin sədri seçildi və Talışi Sədo dərgisinin yayılmasında xüsusi rola malik idi.