Əliyev: “Öz mədəniyyətini qoruyan dövlətlər hörmətə layiqdir”
https://azeri.sahartv.ir/news/azərbaycan-i258685-Əliyev_Öz_mədəniyyətini_qoruyan_dövlətlər_hörmətə_layiqdir
Azərbaycan Respublikası prezidenti deyib: “Azərbaycan o ölkələrdəndir ki, iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə dəstəyini əsirgəmir”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2017 09:12 Asia/Baku
  • İlham Əliyev
    İlham Əliyev

Azərbaycan Respublikası prezidenti deyib: “Azərbaycan o ölkələrdəndir ki, iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə dəstəyini əsirgəmir”

APA-nın məlumatına görə, Bakıda maestro Niyazinin abidəsinin açılış mərasimində prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri də humanitar sahə - mədəniyyət, incəsənət və ədəbiyyat ilə bağlıdır. “Son illər ərzində bu istiqamətlərdə böyük işlər görülmüşdür. Bizim 20-dən çox teatrımız, muzeyimiz əsaslı şəkildə təmir olunub. Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik”.