QMİ: "Fatimeyi Zəhra" məscidi ilə bağlı məsələ məscidin xeyrinə həll olunub"
https://azeri.sahartv.ir/news/azərbaycan-i259271-qmİ_fatimeyi_zəhra_məscidi_ilə_bağlı_məsələ_məscidin_xeyrinə_həll_olunub
"Yeni Günəşli qəsəbəsindəki “Fatimeyi Zəhra” məscidi ilə bağlı yaranmış məsələ məscidin xeyrinə həll olunub".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 09, 2017 11:00 Asia/Baku
  • QMİ:
    QMİ: "Fatimeyi Zəhra" məscidi ilə bağlı məsələ məscidin xeyrinə həll olunub"

"Yeni Günəşli qəsəbəsindəki “Fatimeyi Zəhra” məscidi ilə bağlı yaranmış məsələ məscidin xeyrinə həll olunub".

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib.

"Məscidlə bağlı narahatlığa heç bir əsas yoxdur", - deyə, Qafqaz Müsəlmanları İdarəsindən əlavə olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 hektarlıq torpaq sahəsi ayrılaraq, məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Lakin bu yaxınlarda həmin ərazidən məscidə 0,25 hektarlıq (25 sot) torpaq sahəsi verilib. Vəkil Cavad Cavadov bəyan edib ki, qalan 105 sot ərazi məsciddən alınır.