Bakıda yaşayan iranlıların məktəbində Cabir ibn Həyyan sərgisi açılıb
Fev 09, 2017 12:54 Asia/Baku
-
Bakıda yaşayan iranlıların məktəbində Cabir ibn Həyyan sərgisi açılıb
22 bəhmən- əzəmətli İslam İnqilabı qələbəsinin ildönümü ərəfəsində Bakıdakı Vəliyye Əsr(əc) tədris kompleksində, Cabir ibn Həyyan festivalı formasında ibtidai sinif şagirdlərinin bacarıqları sərgisi açılıb.
IRIB-nin Bakı nümayəndəliyinin məlumatına görə, bu sərgidə qırx məktəblinin istedad və ideyaları ilə bağlı 27 əsər məktəblilər və onların valideynləri üçün sərgilənib. Əsərlər informasiyaların toplanması, modelin düzəldilməsi və konstruksiyası sahələrini əhatə edir.
Məktəblilərin istedadlarının çiçəklənməsi və müasir tədris ideyaları ilə tanışlıq, sərginin keçirilməsi üzrə hədəflərdəndir.
Sərgilənmiş əsərlər astronomiya və biologiya mövzularına şamil olur.
Bu sərgi bir həftə fəaliyyət göstərəcək.