Azərbaycan prezidenti iranlı həmkarını təbrik edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i259437-azərbaycan_prezidenti_iranlı_həmkarını_təbrik_edib
Azərbaycan Respublikası prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhanini İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2017 06:58 Asia/Baku
  • Azərbaycan Respublikası prezidenti İlham Əliyev
    Azərbaycan Respublikası prezidenti İlham Əliyev

Azərbaycan Respublikası prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhanini İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab prezident, ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ölkələrimiz arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən və ortaq mənəvi dəyərlərimizdən qaynaqlanır. İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik. Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.