Azərbaycan Respublikasının iqtisadiyyat naziri İrana səfər edib
-
Azərbaycan Respublikasının iqtisadiyyat naziri İrana səfər edib
Azərbaycan Respublikasının iqtisadiyyat naziri və İran İslam Respublikası-Azərbaycan Respublikası Müştərək Ticarət Əməkdaşlıqları Komissiyasının həmsədri yüksək səviyyəli bir heyətlə Ərdəbilə daxil olub və Ərdəbilin valisi və digər vilayət rəsmiləri tərəfindən qarşılanıb.
Bu heyət vilayət əməkdaşlıqları xüsusiyyət təşkil etməklə müxtəlif sahələrdə ikitərəfli həmkarlıqların genişləndirilməsi hədəfilə Ərdəbil vilayətindən sonra Qərbi Azərbaycan vilayətinə səfər edəcək.
Bu üçgünlük səfərdə azərbaycanlı heyət Ərdəbil və Urmiyyədə ticarət konfranslarında iştirak edərək, Qərbi Azərbaycan vilayətinin bacarıqları sərgisindən, həmçinin Ərdəbil və Qərbi Azərbaycan vilayətlərinin bir neçə sənaye obyektindən baxış keçirəcək. Sonda Urmiyyə və Ərdəbil ticarət palataları ilə Azərbaycan Respublikasının Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanacaq.
Bu səfərdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevi kənd təsərrüfatı və energetika nazirləri daxil olmaqla bir neçə nazirin müavini və dəmiryolu şirkətinin sədri, eləcə də 40 iqtisadi şirkətin müdirləri müşayiət edirlər.