Azərbaycan R-nın 1-ci vitse-prezidentinin vəzifələri açıqlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i260602-azərbaycan_r_nın_1_ci_vitse_prezidentinin_vəzifələri_açıqlanıb
Azərbaycan Respublikasının prezidenti bir fərmanda bu ölkənin 1-ci vitse-prezidenti kimi Mehriban Əliyevanın vəzifələrini təyin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2017 16:55 Asia/Baku
  • Azərbaycan R-nın 1-ci vitse-prezidentinin vəzifələri açıqlanıb
    Azərbaycan R-nın 1-ci vitse-prezidentinin vəzifələri açıqlanıb

Azərbaycan Respublikasının prezidenti bir fərmanda bu ölkənin 1-ci vitse-prezidenti kimi Mehriban Əliyevanın vəzifələrini təyin edib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 1-ci vitse-prezidentinin vəzifələrinin şərhində belə qeyd olunur: Mehriban Əliyeva yalnız İlham Əliyevin fərmanı ilə təyin edilir və ya uzaqlaşdırılır. Həmçinin Azərbaycan Respublikasının  1-ci vitse-prezidenti əcnəbi ölkələrdə müxtəlif vəzifələrə malik olmamalıdır. 

Əliyevin fərmanında habelə deyilir:  Azərbaycan Respublikasının 1-ci vitse-prezidentinin və onun ailəsinin maliyyə ehtiyaclarının təmini dövlət büdcəsində nəzərdə tutulub və təmin ediləcəkdir.

Bu fərmana əsasən, Azərbaycan Respublikası prezidentinin istefası və ya hər bir dəlilə görə, prezidentin olmadığı zaman, 1-ci vitse-prezident altmış gün müddətinə, yəni vaxtından qabaq prezident seçkilərinədək prezidentin tam ixtiyarlı canişinidir və onun vəzifələrini icra edir.

Həmçinin nəzərdə tutulubdur ki, prezidentin ölkədə olmadığı müddətdə əgər 1-ci vitse-prezident istefa vermiş və ya xəstəliyə, yaxud cismani zəifliyə mübtəla olmuş olarsa, prezidentin seçdiyi şəxs onun vəzifələrini yerinə yetirəcək və onun tam ixtiyarlı canişini sayılır.

Eyni zamanda 1-ci vitse-prezident və ya prezident canişini məhkəmə toxunulmazlığına malik olmuş olacaq. Buna görə, heç bir vəchlə həbs, ittiham, cəzalandırılma, təqib, eləcə də fiziki və tibbi müayinəyə məruz edilə bilməz.

Bu məlumata görə, 1-ci vitse-prezidentin toxunulmazlığının ləğvi də Azərbaycan Respublikası baş prokurorunun göstərişi ilə və xüsusi şəraitin nəzərdə tutulması ilə mümkündür.

İlham Əliyev dünən Azərbaycan Respublikası əsas qanunun islahı üzrə referendumun nəticələrini təsdiq etdikdən sonra öz həyat yoldaşını 1-ci vitse-prezident təyin etdi. 

Əsas qanunun islahı üzrə referendum barədə qətnamə layihəsi ötən il iyulun 18-də Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən əsas qanun məhkəməsinə təqdim olundu. 

Bu layihədə 1-ci vitse-prezident və prezident müavinləri vəzifələrinin yaradılması, prezidentlik dövrünün hazırkı beş ildən yeddi ilədək uzadılması əsas qanunun islahında qeyd olunmuş dəyişikliklərdəndir.

Qeyd edək ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva 2005-ci ildən bəri bu ölkənin milli məclisinə üzvdür. Həmçinin Mehriban Əliyeva 2004-cü ildən bəri Heydər Əliyev fondunun baş müdiridir.