Fev 25, 2017 14:42 Asia/Baku
  • ATƏT: Qarabağın vəziyyəti narahatlıq doğurur

ATƏT-in baş katibi dünən deyib: Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət narahatlıq doğurur.

IRNA-nın məlumatına görə, ATƏT-in baş katibi Lamberto Zanyer ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında deyib ki, Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb, vəziyyəti dəyərləndirib: Ötən il Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi döyüşlər baş verdi. Lakin bu il həmin ərazidə hələ də ağır silahlar var və bu, dinc insanların ölümünə səbəb olur. 

Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ məntəqəsi üstündəki münaqişə 1988-ci ildə başlandı və 1992-ci ildə hərbi döyüşlərə çevrildi.

1994-cü ilin may ayından münaqişə tərəfləri arasında atəşkəs bərqərar edildi, amma ATƏT-in Rusiya, Fransa və Amerikanın həmsədrliyi altında olan Minsk Qrupunun bu münaqişənin həlli üzrə vasitəçiliyi indiyədək bir nəticə verməyibdir.

Ekspertlər bu qənaətdədirlər ki, Rusiya, Fransa və Amerika ötən 20 ildən çox bir müddətdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət bir addım atmayıblar.

Teqlər