Rəsmi bakı müxalifləri cəzalandırmaq siyasəti yürüdür
https://azeri.sahartv.ir/news/azərbaycan-i267112-rəsmi_bakı_müxalifləri_cəzalandırmaq_siyasəti_yürüdür
Azərbaycan Respublikasında məlumatlı mənbələr Demokratik Qüvvələrin Milli Şurasının 8 aprel aksiyasında iştirak edənlərə qarşı cəza tədbirlərinin görülməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2017 10:20 Asia/Baku
  • Rəsmi bakı müxalifləri cəzalandırmaq siyasəti yürüdür
    Rəsmi bakı müxalifləri cəzalandırmaq siyasəti yürüdür

Azərbaycan Respublikasında məlumatlı mənbələr Demokratik Qüvvələrin Milli Şurasının 8 aprel aksiyasında iştirak edənlərə qarşı cəza tədbirlərinin görülməsindən xəbər veriblər.

Yeni Müsavat internet portalının verdiyi məlumata görə, 8 aprel aksiyasında iştirak edənlərdən 48 nəfəri iş yerlərindən qovulublar. 

Məlumatlı mənbələr bildiriblər ki, 8 aprel aksiyasında iştirak edənlər video görüntülər vasitəsi ilə müəyyənləşdiriliblər. 

Azərbaycanın Demokratin Qüvvələrin Milli Şurasının tərəfdarlarından ibarət 2 min nəfər aprelin 8-də Bakı idman stadionlarından birinə toplaşaraq hökumətin bəzi siyasətlərinə etiraz ediblər. 

Bu aksiyada iştirak edənlər siyasi fəallar və rəhbərlərin həbsini pisləyərək, siyasi fəalların dərhal və qeyd şərtsiz olaraq azadlığa buraxılmalarını istəyiblər. 

Milli Şura əsasən qərb yönümlü müxalif partiya və qruplardan ibarətdir.