27 may Azərbaycanda Ramazan ayının 1-i elan olunub
-
27 may Azərbaycanda Ramazan ayının 1-i elan olunub
Qafqaz Müsəlmanları İdarəsi bu gün rəsmi iclas keçirdikdən sonra 27 mayı Azərbaycan Respublikasında mübarək Ramazan ayının 1-i elan edib.
İRİB-in Bakıdakı ofisinin məlumatına görə, bu rəsmi qurum Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Rəsədxanasının mübarək Ramazan ayı haqda hesablamalarına istinad edərək bu ayın birinin şənbə gününə təsadüf etdiyini bildirib. Azərbaycanın ruhaniləri və dini şəxsiyyətləri bu ölkə vətəndaşlarını QMİ tərəfindən yayımlanan təqvimdən istifadə etməməyə və digər təqvimlərdən istifadə etməyə dəvət ediblər.
Qeyd edək ki, bu ölkədə Ramazan ayı bayramı Azərbaycanın müstəqilliyindən sonra hər il rəsmi bayram olaraq qeyd olunur və Nazirlər Kabinetinin builki qərarına əsasən, bu mübarək bayram münasibəti ilə Azərbaycanda 2 gün rəsmi istirahət günü elan olunub.