Qarabağ məsələsinin yeganə həll yolu, sülh yoludur
https://azeri.sahartv.ir/news/azərbaycan-i270616-qarabağ_məsələsinin_yeganə_həll_yolu_sülh_yoludur
Avropa Parlamentinin xarici əlaqələr bölməsinin müdiri Qarabağ münaqişəsinin həssaslığı və onun siyasi yollarla həllini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2017 05:58 Asia/Baku
  • Qarabağ məsələsinin yeganə həll yolu, sülh yoludur
    Qarabağ məsələsinin yeganə həll yolu, sülh yoludur

Avropa Parlamentinin xarici əlaqələr bölməsinin müdiri Qarabağ münaqişəsinin həssaslığı və onun siyasi yollarla həllini vurğulayıb.

Trend xəbər agentliyinin məlumatına görə, Avropa Parlamentinin xarici əlaqələr bölməsinin müdiri Devid Mak Alister Ermənistan paytaxtında deyib ki, Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur və bu böhranın  yeganə həll yolu, müzakirədir.

Mak Alisterin sözlərinə görə, bu müzakirələrin uzun sürməsinə baxmayaraq, onun dinc yollarla həlli Ermənistan və Azərbaycan Respublikasının xeyrinədir.

O, Ermənistan və Azərbaycan Respublikası arasındakı ixtilafların davam etməsindən təəssüf ifadə edərək, bildirib ki, Qarabağ münaqişəsinin beynəlxalq qanunlar əsasında həlli Avropa İttifaqının prioritetlərindən biri olmaqda davam edir.