Gözəl Bayramlı barəsində həbs qərarı
https://azeri.sahartv.ir/news/azərbaycan-i270798-gözəl_bayramlı_barəsində_həbs_qərarı
AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan müalicədən qayıdarkən, Azərbaycanın gömrük-keçid məntəqəsində saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2017 13:36 Asia/Baku
  • 
Gözəl Bayramlı barəsində həbs qərarı
    Gözəl Bayramlı barəsində həbs qərarı

AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan müalicədən qayıdarkən, Azərbaycanın gömrük-keçid məntəqəsində saxlanılıb.

Məhkəmə Gözəl Bayramlının barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Məhkəmədə Gözəl xanım özü də çıxış edib. AXCP sədrinin müavini bildirib ki, həbsinə səbəb siyasi fəaliyyətidir və bu fəaliyyətə görə peşman deyil. G.Bayramlı bəyan edib ki, həbs onu siyasi fəaliyyətindən çəkindirə bilməz və mübarizəsini bundan sonra da davam etdirəcək.

AXCP sədri Əli Kərimli müavini Gözəl Bayramlı barəsində 3 ay həbs-qətimkan tədbirinin seçilməsinə dərhal reaksiya verib O, feysbuk səhifəsində yazıb: Gözəl xanım haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi.Gecə saat 12-də də məhkəmə olar? Təkcə bu fakt sübut etmir ki, Gözəl xanımın həbsi sifarişlidir və bu sifariş birbaşa İlham Əliyevin özündən gəlib? Gözəl xanımın həbsi qanunsuz, anti-insani və ləyaqətsiz hərəkətdir.