NATO Azərbaycanı üzdü
https://azeri.sahartv.ir/news/azərbaycan-i270970-nato_azərbaycanı_üzdü
Bu gün Tiflisdə keçirilən NATO Parlament Assambleyasının (PA) yaz sessiyası çərçivəsində Təhlükəsizlik və mülki ölçü Komitəsinin iclası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2017 07:24 Asia/Baku
  • NATO Parlament Assambleyası
    NATO Parlament Assambleyası

Bu gün Tiflisdə keçirilən NATO Parlament Assambleyasının (PA) yaz sessiyası çərçivəsində Təhlükəsizlik və mülki ölçü Komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda NATO-ya üzv olan ölkələrin, assosiativ üzv ölkələrinin nümayəndələri, o cümlədən Azərbaycan, Gürcüstan ə Ermənistan  parlament nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.

Komitə iclasında Avropa İttifaqının Gürcüstan missiyasının rəhbəri Kestutis Yankauskas və  Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili çıxış ediblər. Tədbirdə tanınmamış Abxaziya və Cənubi Osetiyada keçirilən seçkilərə toxunulub, bu separatçı bölgələrin “silahlı qüvvələri”nin artıq Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil olduğu bildirilib. Avropa İttifaqının Gürcüstandakı missiyasının rəhbəri Kestutis Yankauskas deyib ki, bu, ciddi problemdir.

 

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri K. Tsixelaşvili bildirib ki,  Rusiya təbliğat üçün  vəsait əsirgəmir, Gürcüstanın da bu istiqamətdə kommunikasiya strategiyası var: “Amma bizə çox işləmək lazımdır”.

 

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Ziyafət Əsgərov K. Tsixelaşviliyə sual ünvanlayıb: “Siz Cənubi Osetiya və Abxaziya xəritəsini olduğu kimi təsvir etdiniz.  Azərbaycanın 20% torpaqları Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Təəssüf ki, biz də oxşar problemi yaşayırıq və sizin problemlərinizi başa düşürük. Dağlıq Qarabağ problemi bu günə qədər hələ də öz həllini tapmayıb,  münaqişəsi illərdir ki, həll edilmir. Siz bu münaqişələrin həllini necə görürsünüz?”

Gürcüstanın dövlət naziri qısa bir işarə ilə kifayətlənib və bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin  yalnız sülh və dialoq yolu ilə həll olunmasını vacibdir.