İŞİD-in mövqelərinin raket atəşinə tutulması Azərbaycan medialarında
https://azeri.sahartv.ir/news/azərbaycan-i273486-İŞİd_in_mövqelərinin_raket_atəşinə_tutulması_azərbaycan_medialarında
İŞİD terror qrupunun Suriyanın Diyrəlzur şəhərindəki komandanıq mərkəzi, eləcə də toplaşma və dəstək mərkəzlərinin İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah tərəfindən raket atəşlərinə tutulması Azərbaycan Respublikasının əksər xəbər agentlikləri və saytlarının birinci xəbəri olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2017 06:39 Asia/Baku
  • İŞİD-in mövqelərinin raket atəşinə tutulması
    İŞİD-in mövqelərinin raket atəşinə tutulması

İŞİD terror qrupunun Suriyanın Diyrəlzur şəhərindəki komandanıq mərkəzi, eləcə də toplaşma və dəstək mərkəzlərinin İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah tərəfindən raket atəşlərinə tutulması Azərbaycan Respublikasının əksər xəbər agentlikləri və saytlarının birinci xəbəri olubdur.

IRIB-nin Bakı ofisinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin bu iftixarlı hərəkətinin ardınca Azərbaycan Respublikasının rəsmi AzərTac informasiya agentliyi, APA xəbər agentliyi və bu ölkədə tanınmış əksər xəbər saytları, o sıradan Report, Fakt-Xəbər, Trend, İnter.az, Dəyərlər, İslamın Səsi və digər xəbər saytları fərqli titrlər, eləcə də film və foto-şəkillərdən istifadə ilə bu xəbəri öz xəbərlərinin önündə yerləşdiriblər.

Bu mediaların əksəriyyətinin titrləri "İran İŞİD-in Suriyadakı qərargahını raket atəşinə tutdu"dur və İŞİD-in Tehrandakı terror hərəkətindən intiqamalma, İranın İŞİD-in Suriyanın Diyrəlzur şəhərindəki komandanıq mərkəzinə qarşı raket hücumunun başlıca səbəbi adlandırılıbdır. Bu mediaların xəbər mənbəyi əksərən Təsnim xəbər agentliyidir.