Əbülfəz Qarayev: Xəzər ölkələrinin birgə mədəniyyət komitəsi yaradılsın
https://azeri.sahartv.ir/news/azərbaycan-i275148-Əbülfəz_qarayev_xəzər_ölkələrinin_birgə_mədəniyyət_komitəsi_yaradılsın
İran İslam Respublikasının Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ilə görüşdə Xəzər ölkələri arasında birgə mədəniyyət komitəsinin yaradılmasını təklif edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2017 15:14 Asia/Baku
  • Əbülfəz Qarayev: Xəzər ölkələrinin birgə mədəniyyət komitəsi yaradılsın
    Əbülfəz Qarayev: Xəzər ölkələrinin birgə mədəniyyət komitəsi yaradılsın

İran İslam Respublikasının Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ilə görüşdə Xəzər ölkələri arasında birgə mədəniyyət komitəsinin yaradılmasını təklif edib.

İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkəman bu görüşdə Xəzər dənizi ətrafında yerləşən ölkələrin zəngin və çeşidli mədəniyyətə malik olmasına işarə edərək, deyib: Xəzəryanı ölkələrin birgə mədəni komitəsinin təsis edilməsi bu mədəniyyətləri dünya səviyyəsində yayımış olacaq.

İbrahimi Türkəman həmçinin, Təbriz şəhərinin 2018-ci il üçün  İslam Dünyasının turizm paytaxtı elan edilməsini iki ölkə arasında birgə mədəni proqramların icrası üçün münasib fürsət adlandırıb.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də bu görüşdə Xəzəryanı ölkələrin birgə mədəniyyət komitəsinin yaradılması təklifini müsbət qarşılayıb və deyib: Belə bir komitənin yaradılması Xəzər ölkələri arasında birgə əməkdaşlıqlar üçün təsirli addım olacaq.