Natiq Kərimov: İttihamlar saxtadır
https://azeri.sahartv.ir/news/azərbaycan-i275210-natiq_kərimov_İttihamlar_saxtadır
Nardaran Ağsaqqallar Şurasının sədri məhkəmədə vurğulayıb ki, “Nardaran işi” ilə bağlı həbs olunanlara vurulan ittihamlar saxtadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2017 04:58 Asia/Baku
  • Natiq Kərimov: İttihamlar saxtadır

Nardaran Ağsaqqallar Şurasının sədri məhkəmədə vurğulayıb ki, “Nardaran işi” ilə bağlı həbs olunanlara vurulan ittihamlar saxtadır.

Meydan TV-nin məlumatına görə, Natiq Kərimov dünən deyib: Nardaran hadisəsi barədə iddia olunanlar saxtadır, zira orada heç kəsin silahı olmayıbdır.

2015-ci il noyabrın 26-da polis qüvvələrinin Bakının Nardaran qəsəbəsində apardıqları xüsusi əməliyyatda Azərbaycan Respublikası Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə daxil olmaqla altmışdan yuxarı insan həbs olundu. Bağırzadə “qəsdən qətl törətməyə cəhd” və qanunsuz odlu silah gəzdirmək kimi boş iddialarla mühakimə olundu.

Bakı məhkəməsi Azərbaycan Respublikası Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadəni 20 il həbsə məhkum edibdir.