İran və Azərbaycan media nümayəndələrinin iclası
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Bakıda iki ölkənin media nümayəndələrinin iclasında İran İslam Respublikası və Azərbaycan Respublikası dövlət başçılarının ikitərəfli əlaqələr və ictimai əlaqələrin inkişafı və möhkəmləndirilməsindəki siyasi iradəsini təsirli adlandırıb.
İRNA-nın məlumatına görə, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu iclasın əvvəlində iki ölkə əlaqələrinin son bir neçə ildə inkişaf etməsinə toxunaraq bu istiqamətdə İran və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərlərini önəmli adlandırıb.
İranın mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya məsələləri üzrə müavini Hüseyn İntizami və onu müşayiət edən heyət Bakıda media nümayəndələrinin iclasında iştirak edib.
Hüseyn İntizami də bu iclasda İran və Azərbaycanın tarixi və dini ortaqlıqlarına toxunaraq iki ölkənin ictimai əlaqələrinin inkişafında mədəni diplomatiyanın gücləndirilməsini önəmli qiymətləndirib.
İntizami həmçinin İran və Azərbaycan əlaqələrinin qorunması və gücləndirilməsində mediaların rolu və vəzifəsini əhəmiyyətli dəyərləndirib.
Azərbaycan Milli Məclisinin deputatı Musa Qasımlı da bu iclasda İran və Azərbaycanın media nümayəndələrinin davamlı görüşlərinin vacibliyini qeyd edib.
Azərbaycan Milli Məclisinin digər deputatı Məmmədov da bu iclasda Azərbaycanda əczaçılıq və avtomobilqayırma zavodlarının istifadəyə verilməsi üzrə ortaql layihələrin icrasını iki ölkənin iqtisadiyyat sektorundakı təsirli əməkdaşlıqlarının bariz nümunəsi adlandırıb.
Məmmədov həmçinin deyib: Azərbaycan iqtisadiyyatında 50-dən çox avtiv İran şirkətinin investisiyasının həcmi 2 milyard 500 milyon dollara çatır.