Azərbaycan prezidenti, Qarabğın azadlığı üçün hərb varyantını rədd etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i276086-azərbaycan_prezidenti_qarabğın_azadlığı_üçün_hərb_varyantını_rədd_etdi
Azərbaycan prezidenti İlham Əliyev işğal olunmuş ərazilərin azadlığı üçün hərb varyantını dolaysı ilə rədd edib, bildirib ki, Danışıqlar nəticəsində torpaqlar işğaldan azad edilməlidir, Bundan kənarda heç bir həll yolu mümkün deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2017 04:33 Asia/Baku
  • Azərbaycan prezidenti İlham Əliyev
    Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev işğal olunmuş ərazilərin azadlığı üçün hərb varyantını dolaysı ilə rədd edib, bildirib ki, Danışıqlar nəticəsində torpaqlar işğaldan azad edilməlidir, Bundan kənarda heç bir həll yolu mümkün deyil.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib: Heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilib.

 

“Bu, bizim mövqeyimizdir. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil”, - deyə o vurğulayıb.