Sionist rejim nümayəndəsi AR-in müdafiə başçıları ilə görüşüb
-
Sionist rejim nümayəndəsi AR-in müdafiə başçıları ilə görüşüb
Sionist rejimin müharibə nazirliyinin hərbi həmkarlıqlar idarəsinin müdiri və Azərbaycan Respublikası müdafiə nazirliyinin məsul şəxsləri qarşılıqlı hərbi əməkdaşlıqlar məsələsini araşdırıblar.
Aran Nyus-un məlumatına görə, Azərbaycan Respublikası müdafiə sənayesi nazirliyinin informasiya portalı bildirib ki, ikitərəfli hərbi həmkarlıqlar perspektivi sonist rejimin müharibə nazirliyinin hərbi həmkarlıqlar idarəsinin müdiri Mişel ben Baruhun və onu müşayiət edən heyətin Azərbaycan Respublikası müdafiə nazirliyinin məsul şəxsləri ilə görüşündə araşdırılıb.
Sionist rejimin Bakıdakı səfiri Dan Stavın da iştirak etdiyi bu görüşdə bu işğalçı rejimlə Azərbaycan Respublikası arasında hərbi sənaye həmkarlıqları, eləcə də iki tərəfi maraqlandıran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası müdafiə sənayesi nazirliyi bu görüşün təfərrüatlarına işarə etməyibdir.