İsrail rejimi Ermənistana silah satır
-
İsrail rejimi Ermənistana silah satır
Bəzi mənbələr İsrail rejimi istehsalı olan silahların Ermənistana satılmasından xəbər veriblər.
Aran Nyus-un məlumatına görə, Azərbaycan Respublikasının "İsti Press" internet portalı Ermənistan medialarına istinadla bildirib ki, sionist rejim Azərbaycan Respublikasına "Spayk"(Spike) tipli anti-tank raketinin satışından sonra bu silahı Ermənistana satmaqdadır.
Ermənistan mediaları sionist rejimin "Spayk" tipli anti-tank raketinin satışı üzrə müqavilənin bu rejimin regional həmkarlıqlar naziri Tsaxi Hangebinin iyulun 25-də İrəvana olmuş səfərində imzalanmasına işarə edirlər.
Bu məlumata görə, sionist rejimin "Spayk" tipli anti-tank raketlərinin Ermənistana satışı təqdirində Azərbaycan Respublikası ordusu 2016-cı ilin aprelində gedən döyüşlərdə Ermənistan tankları qarşısında aşkar olmuş öz hərbi üstünlüyü amillərindən birini itirmiş olacaq.