Sionist rejimə qarşı digər bir yeni ifşaçılıq
https://azeri.sahartv.ir/news/azərbaycan-i279752-sionist_rejimə_qarşı_digər_bir_yeni_ifşaçılıq
Azərbaycan Respublikası dövlətinə modern silahlar satdığını iddia edən sionist rejim bildirib ki, bu dövlətə həmin silahlardan Ermənistan əleyhinə istifadə icazəsi verməyəcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2017 15:28 Asia/Baku
  • Sionist rejimə qarşı digər bir yeni ifşaçılıq
    Sionist rejimə qarşı digər bir yeni ifşaçılıq

Azərbaycan Respublikası dövlətinə modern silahlar satdığını iddia edən sionist rejim bildirib ki, bu dövlətə həmin silahlardan Ermənistan əleyhinə istifadə icazəsi verməyəcəkdir.

Azərbaycan Respublikasının Virtual.az saytının sionist Məariyo qəzetinə istinadlı məlumatına görə, sionist rejimin müharibə nazirliyi sionist operatorların İlham Əliyev dövlətinə satılmış pilotsuzların erməni hədəflərinə qarşı işlədilməsindən çəkinmələrini araşdırmaqdadır.

Bu sionist qəzetin yazdığına görə, sionist operatorların Azərbaycan Respublikası dövlətinə satılmış pilotsuzların erməni hədəflərinə qarşı işlədilməsindən çəkinmələri ötən ay baş veribdir. 

Bu məlumata əsasən, bundan öncə Azərbaycan Respublikası hərbçiləri sionist rejim nümayəndələrindən istəmişdilər ki, Azərbaycan Respublikası dövlətinə satılmış pilotsuzların texniki imkanlarını real savaşda göstərsinlər, lakin sionist mütəxəssislər bu istəyə mənfi cavab vermişdilər.

Azərbaycan Respublikasının müdafiə nazirliyi bu haqda sionist rejimin müharibə nazirliyinə şikayət və əlaqədar sənədləri həmin nazirliyə təqdim edibdir.

Sionist rejimin İlham Əliyev dövlətinə və Azərbaycan Respublikasının müsəlman xalqına qarşı ardıcıl xəyanətlərinə rəğmən, bəzi azəri rəsmilər hərbi məsələlərdə bu qanunsuz rejimlə həmkarlığa təkid edirlər.