"İsgəndər"i Bakya yönəldiblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i280546-İsgəndər_i_bakya_yönəldiblər
Ermənistanın müdafiə naziri ötən payızda İrəvanda nümayiş etdirilmiş "İsgəndər" raket kompleksinin Ermənistan silahlı qüvvələrinə aid olduğunu təsdiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2017 08:16 Asia/Baku
  • \
    \"İsgəndər\"i Bakya yönəldiblər

Ermənistanın müdafiə naziri ötən payızda İrəvanda nümayiş etdirilmiş "İsgəndər" raket kompleksinin Ermənistan silahlı qüvvələrinə aid olduğunu təsdiq edib.

Gazeta.ru saytında verilmiş məlumatda sonra belə deyilir: Onun sözlərinə görə, bu kompleksin texniki idarə məsələsi ilə xüsusi hazırlanmış zabitlər məşğul olurlar. Bundan öncə ekspertlər bildirmişdilər ki, genş miqyaslı Ermənistan-Azərbaycan müharibəsi baş verərsə, Dağlıq Qarabağa gətirilmiş "İsgəndər"lər Bakıya zərbənin endirilməsinə zəmanət verir. Belə bir halda, kompleksin eksport variantının təhvil verilməsi beynəlxalq müqavilələri pozmur və ötən ilin aprelində baş vermiş "dördgünlük savaş"da yaranmış qüvvələrin regiondakı nisbətini müvazinətə gətirir.

Qeyd edək ki, "İsgəndər" raket kompleksinin İsgəndər-M variantının hərəkət mənzili 500 km, kompleksin eksport variantı olan və Rusiya tərəfindən Ermənistana satılmlş İsgəndər-E variantının hərəkət mənzili isə 280 kilometrdir.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan RIA Novosti saytına verdiyi müsahibədə bu ölkənin Rusiyadan "İsgəndər" raket kompleksini satın almasını Azərbaycanın son illər ərzində modern silahlar satın almasına bir cavab hərəkəti adlandırıb.

O, bildirib: Ermənistan Azərbaycan Respublikası kimi maliyyə imkanlarına malik deyil, lakin hər zaman padzəhər taparaq, mövcud vəziyyətdə müvazinət yaratmağa çalışır və hazırkı vəziyyətdə məhz "İsgəndər" raket kompleksi belə bir padzəhər sayılır.