Azərbaycan Respublikası meşələrində yanğın
https://azeri.sahartv.ir/news/azərbaycan-i281233-azərbaycan_respublikası_meşələrində_yanğın
Azərbaycan Respublikasının Qəbələ rayonu meşələrinin bir hissəsi bu rayonun "Abrıx" kəndi ətrafında yanğına məruz qalıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2017 12:21 Asia/Baku
  • Azərbaycan Respublikası meşələrində yanğın

Azərbaycan Respublikasının Qəbələ rayonu meşələrinin bir hissəsi bu rayonun "Abrıx" kəndi ətrafında yanğına məruz qalıbdır.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu xəbəri verərək, deyib: İsti hava və güclü küləyin əsməsi Azərbaycan Respublikasının Qəbələ rayonunun Abrıx kəndinin ətrafındakı dağlıq məntəqələrdə yerləşən meşələrdə yanğını söndüməyi çətinləşdiribdir.

İlkin məlumatlara görə, bu meşələrdəki otlaqların 1,5 hektarı yanıbdır.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri lazımi təchizatlarla yanaşı yanğını söndürməyə çalışırlar. Onlar bu məqsədlə bir vertolyotdan da istifadə edirlər.

Dünən də Azərbaycan Respublikasının Oğuz rayonundakı meşələrin bir hissəsində yanğın baş veribdir.