Türkiyə, Gürcüstan və Azərbaycan XİN başçıları Bakıda bir araya gəlir
Türkiyə, Gürcüstan və Azərbaycan Respublikası xarici işlər nazirləri bu gün Bakıda bir araya gələcəklər.
İRİB-in Bakıdakı nümayəndəliyinin Azərbaycan Kütləvi İnformasiya Vasitələrinə istinadla verdiyi məlumata görə, bu gün ilk öncə Gürcüstan xarici işlər naziri Mixail Canalidze Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb və davamında üçtərəfli görüş də baş tutacaq.
Bu görüşlər qeyd olunan üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli 6-cı görüşü çərçivəsində baş tutur. Bundan əlavə 2017-2018-ci illərdə yeni əməkdaşlıqlar sahəsində ötən görüşlərdə qərara alınan əməkdaşlıqlar prosesinə diqqət yetiriləcək və müzakirələr aparılacaq.
Bu üçtərəfli görüşün sonunda Türkiyə, Gürcüstan və Azərbaycan xarici işlər nazirləri arasında üçtərəfli əməkdaşlıqlar anlaşması imzalanacaq.