İsmayıllıda yüksək dağlıq ərazidə yanğın başlayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i282353-İsmayıllıda_yüksək_dağlıq_ərazidə_yanğın_başlayıb
Bu gün saat 14:30 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2017 14:51 Asia/Baku
  • İsmayıllıda yüksək dağlıq ərazidə yanğın başlayıb

Bu gün saat 14:30 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğının söndürülməsi üçün dərhal əraziyə ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri cəlb olunub. 

Yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.