Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi təlimləri başlanıb
Sen 18, 2017 11:02 Asia/Baku
Türkiyə və Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin birgə hərbi təlimləri başlanıb.
İRİB-in Bakıdakı nümayəndəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, iki ölkənin hərbi əməkdaşlıqlarına əsasən TurAZ Qartalı-2017 hərbi hava təlimləri hərbi hava qüvvələrinin iştirakı ilə bu gündən Azərbaycanda başlanıb.
Sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.