Bakı və Tehran "Rəşt-Astara" dəmir yolu layihəsinin maliyyələşdirilməsini müzakirə edirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i282951-bakı_və_tehran_rəşt_astara_dəmir_yolu_layihəsinin_maliyyələşdirilməsini_müzakirə_edirlər
Azərbaycanın xarici işlər naziri deyib: Bakı və Tehran "Rəşt - Astara" dəmiryolu layihəsinin maliyyələşdirilməsi məsələsini müzakirə edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2017 12:01 Asia/Baku
  • Bakı və Tehran
    Bakı və Tehran "Rəşt-Astara" dəmir yolu layihəsinin maliyyələşdirilməsini müzakirə edirlər

Azərbaycanın xarici işlər naziri deyib: Bakı və Tehran "Rəşt - Astara" dəmiryolu layihəsinin maliyyələşdirilməsi məsələsini müzakirə edirlər.

Trend-in məlumatına görə, Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının nazirlər şurasının Nyu-York iclasında deyib: Azərbaycan Avropa və Asiya arasında əlaqə körpüsü olduğu üçün mühüm regional və beynəlxalq layihələrdə o cümlədən Rəşt-Astara dəmir yolu layihəsində aktiv iştiraka malikdir. 

E.Məmmədyarov əlavə edib: Azərbaycan həmçinin, Şimali Avropa və Rusiyadan Fars Körfəzi və Hindistana kimi uzanan beynəlxalq şimal-cənub dəhlizinin təşəbbüskarlarından sayılır. 

Astara - Astara dəmir yolu və Astara çayı üzərinə dəmir yolu körpüsünün quraşdırılması əməliyyatları artıq başa çatıb.