“Qarabağ münaqişəsinin həllində faktiki heç bir irəliləyiş yoxdur”
https://azeri.sahartv.ir/news/azərbaycan-i283831-qarabağ_münaqişəsinin_həllində_faktiki_heç_bir_irəliləyiş_yoxdur
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud “status-kvo” ATƏT Parlament Assambleyası üçün qəbuledilməzdir və tezliklə sülh yolu ilə dəyişdirilməlidir".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2017 09:03 Asia/Baku
  •  “Qarabağ münaqişəsinin həllində faktiki heç bir irəliləyiş yoxdur”
    “Qarabağ münaqişəsinin həllində faktiki heç bir irəliləyiş yoxdur”

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud “status-kvo” ATƏT Parlament Assambleyası üçün qəbuledilməzdir və tezliklə sülh yolu ilə dəyişdirilməlidir".

"Azərtac"-ın verdiyi məlumata görə, bunu ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Milli Məclisdə təmsil olunan partiya rəhbərləri ilə görüşdə səsləndirib.

 K. Vigenin Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmamasını başa düşdüyünü deyib: “Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur. Yalnız ATƏT-in Minsk qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər”.