Əli Həsənov: Azərbaycan dilini türk dilinin qarşısında qorumaq lazımdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i284593-Əli_həsənov_azərbaycan_dilini_türk_dilinin_qarşısında_qorumaq_lazımdır
Azərbaycan Respublikası prezidentinin baş köməkçisi ölkənin televiziya kanallarından Türkiyə seriallarının yayımlanmasının dayandırılmasının səbəbini bu serialların mənfi təsiri və onların Azərbaycan Respublikasında azərbaycan dilini məhv etmək sahəsindəki rolu adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2017 05:31 Asia/Baku
  • Əli Həsənov: Azərbaycan dilini türk dilinin qarşısında qorumaq lazımdır
    Əli Həsənov: Azərbaycan dilini türk dilinin qarşısında qorumaq lazımdır

Azərbaycan Respublikası prezidentinin baş köməkçisi ölkənin televiziya kanallarından Türkiyə seriallarının yayımlanmasının dayandırılmasının səbəbini bu serialların mənfi təsiri və onların Azərbaycan Respublikasında azərbaycan dilini məhv etmək sahəsindəki rolu adlandırıb.

Azərbaycan Respublikası prezident aparatının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov "Azərbaycan dilinin qorunması və inkişafında medianın rolu" mövzusunda keçirilən konfransda deyib: Azərbaycan Respublikasında Türkiyə seriallarının yayımlanması bizim dilimizi təzyiq altında qoymuşdu.

Əli Həsənov deyib: Bununla belə, Türkiyə bu məsələyə anlaşma və ağıl ilə yanaşaraq, bizim hisslərimizi dərk edibdir.

Azərbaycan Respublikası prezidentinin baş köməkçisi dövlətin Azərbaycan dilinə dair siyasətini inkişaf etdirmək üçün ölkənin bütün imkanlarının səfərbər olunduğunu vurğulayaraq, deyib: "Hər kəs dərk etməlidir ki, Azərbaycan dilinin qorunması üçün bir coğrafi məntəqə mövcuddur ki, o da məhz buradır.