Azərbaycan və Ermənistan prezidentləri görüşəcək; 16 oktyabrda
https://azeri.sahartv.ir/news/azərbaycan-i285073-azərbaycan_və_ermənistan_prezidentləri_görüşəcək_16_oktyabrda
Azərbaycan və Ermənistan prezidentləri arasındakı görüşün tarixi elan edildi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2017 13:29 Asia/Baku
  • Azərbaycan və Ermənistan prezidentləri görüşəcək; 16 oktyabrda

Azərbaycan və Ermənistan prezidentləri arasındakı görüşün tarixi elan edildi.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti bu görüşün 16 oktyabrda Cenevrədə baş tutacağını bildirib.

Bu məlumata görə, prezidentlər arasında görüş ATƏT-in Minsk qrupunun təklifi əsasında baş tutacaq. Görüşün təşkil edilməsində məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ixtilafların azaldılmasıdır.

Bundan öncə 6 və 7 oktyabr tarixlərində Minsk qrupu həmsədrləri Bakı və İrəvanda olaraq, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə diqqət mərkəzində saxlanılacaq məsələlərə aydınlıq gətirmişdilər.

Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsii 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlandı və 1992-ci ildə Ermənistanın Azərbaycana silahlı təcavüzü ilə nəticələndi. 2 il davam edən müharibə zamanı Ermənistan Dağlıq Qarabağ və daha 7 rayonu işğal edərək, bir çox cinayətlər törətdi. 1994-cü ildə isə tərəflər arasında atəşkəs elan edildi. 1997-ci ildən isə Minks qrupu münaqişənin həllində vasitəçi rol oynamağa başlayıb. Amma, Rusiya, Amerika və Fransanın həmsədr olduğu Minsk qrupunun 20 illik fəaliyyəti dövründə münaqişənin həlli istiqamətində irəliyə doğru hansısa müsbət addım atılmayıb.