Bakıda iranlı tələbəni qətlə yetirənlər həbs edildilər
https://azeri.sahartv.ir/news/azərbaycan-i285384-bakıda_iranlı_tələbəni_qətlə_yetirənlər_həbs_edildilər
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu birgə bəyanat yayaraq, Bakıda iranlı tələbəni qətlə yetirən şəxslərin həbs edildiyini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2017 06:56 Asia/Baku
  • Bakıda iranlı tələbəni qətlə yetirənlər həbs edildilər

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu birgə bəyanat yayaraq, Bakıda iranlı tələbəni qətlə yetirən şəxslərin həbs edildiyini bildiriblər.

İRNA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu tərəfindən yayılan birgə bəyanatda deyilir: Azərbaycanın təhlükəsizlik və hüquq-mühafizə qüvvələri bu cinayəti törədənlərin kimliyini müəyyən və onda iştirak edən 5 nəfəri həbs ediblər. 

Bəyanatda bu cinayətin Yunis Cəmali, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əli Məhəmmədov və Zahid Dünyamalıyev tərəfindən törədildiyi bildirilir. 

Bu şəxslər oğurluq məqsədi ilə öldürülən şəxsin mənzilinə daxil olub və onu qətlə yetiriblər. 

Azərbaycan mediaları ötən cümə günü 23 yaşlı bir iranlı tələbənin Bakının Novxanı qəsəbəsində, yaşadığı mənzildə qətlə yetirilməsindən xəbər vermişdilər. 

Saman adlı bu tələbə Bakı Tibb Universitetinin 5-ci kurs tələbəsi olubvə ötən cümə axşamı yaşadığı mənzildə qətlə yetirilib.