İran və Azərbaycan ticarət əlaqələri 400 milyon dollara çatdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i285416-İran_və_azərbaycan_ticarət_əlaqələri_400_milyon_dollara_çatdı
İran İslam Respublikasının Azərbaycandakı səfiri cari ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət əlaqələrinin 400 milyon dollara çatdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2017 20:53 Asia/Baku
  • İran və Azərbaycan ticarət əlaqələri 400 milyon dollara çatdı

İran İslam Respublikasının Azərbaycandakı səfiri cari ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət əlaqələrinin 400 milyon dollara çatdığını bildirib.

İRİB-nin verdiyi məlumata görə, Cavad Cahangirzadə Bakıda keçirilən Beynəlxalq Tikinti Sənayesi Sərgisində iştirak edən İran şirkətlərinin pavilyonlarına baxış keçirdiyi zaman deyib: Bu ticarət mübadiləsinin üçdə biri tikinti materiallarına aiddir.

O, Azərbaycanın qarşıdan gələn illər ərzində otellərinin sayını 500-dən 1000-ə çatdırmaq niyyətində olduğunu xatırladıb və deyib: Bu, İran İslam Respublikasında tikinti sənayesində fəaliyyət göstərən şirkətlər üçün yaxşı potensial sayılır. 

Cahangiri İranın tikinti məhsullarının keyfiyyətli olmasına işarə edərək, deyib: Azərbaycanın tikinti bazarı ilə  yanaşı, bu ölkə bir tramplin ölkədir və regionun 200 milyonluq bazarına giriş üçün qapı sayılır. Və bu potensialdan istifadə etmək lazımdır.