İran və Azərbaycan Birgə Hərbi Komissiyası Bakıda işə başlayıb
-
İran və Azərbaycan Birgə Hərbi Komissiyası Bakıda işə başlayıb
İran və Azərbaycanın müdafiə nazirliklərinin ilk birgə iclası Bakıda işə başlayıb.
İRİB-nin verdiyi məlumata görə, bu iclasda İran heyətinə müdafiə nazirinin müavini general Höccətullah Qüreyşi , Azərbaycan heyətinə isə general Fuad Məmmədov başçılıq edir. Tərəflər bu iclasın keçirilməsindən razılıq edərək, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində İran və Azərbaycanın Birgə Hərbi Komissiyasının rolu və önəminə təkid ediblər.
Bu iclasda həmçinin, İran və Azərbaycan hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıqların genişləndirilməsinə hazırlıqlarını elan edərək, bu əməkdaşlıqların regionun hazırkı siyasi və təhlükəsizlik durumunu nəzərə alaraq, daha da artırılmasını vurğulayıblar.
İranın müdafiə nazirinin müavini general Höccətüllah Qüreyşi iclasın əvvəlində İran İslam Respublikasının xarici siyasətini şərh edərək, Tehranın region və dünyada etnik və dini bəhanələrlə həyata keçirilən istənilən növ işğalçılıq və təcavüzkarlıq ilə müxalif olduğunu bildirərək, Suriya və İraq olaylarına, İraq Kürdüstanında keçirilən separatçı referenduma və region ölkələrini parçalamaq fitnəsinin zərərsizləşdirilməsinə işarə edib və işğalçı İsrail rejiminin məntəqədəki iştirakı ilə bağlı nigaranlığını diqqətə çatdıraraq, ABŞ və İsrail rejiminin separatçılıq və terrorçu qrupları himayə üzərində qurulmuş seytani planları ilə mübarizəyə təkid edib.
İclasda Azərbaycan heyətinə başçılıq edən general Fuad Məmmədov da öz çıxışında iki ölkə arasındakı mədəni, tarixi və dini bağlara işarə edib və bu komissiyanın iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıqların genişləndirilməsi habelə, regionda sülh və sabitliyin möhkəmləndirilməsindəki roluna təkid edib.
Fuad Məmmədov həmçinin, İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü himayə üzrə mövqeyini yüksək qiymətləndirib.
İran və Azərbaycan arasında ilk Birgə Hərbi Komissiyanın iclası sabah da davam edəcək. İclasın sonunda iki tərəf arasında əməkdaşlıq sənədi imzalanacaq.