Masallıdan olan islamçı məhbusun həyati təhlükədədir
https://azeri.sahartv.ir/news/azərbaycan-i285714-masallıdan_olan_islamçı_məhbusun_həyati_təhlükədədir
13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, inanclı məhbus Xalid Kazımovun səhhətində ciddi problemlər yaranıb. İslaminSesi xəbər verir ki, bu barədə Cenubpress internet qəzetinə məhbusun yaxınları məlumat veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2017 14:45 Asia/Baku
  • Masallıdan olan islamçı məhbusun həyati təhlükədədir
    Masallıdan olan islamçı məhbusun həyati təhlükədədir

13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, inanclı məhbus Xalid Kazımovun səhhətində ciddi problemlər yaranıb. İslaminSesi xəbər verir ki, bu barədə Cenubpress internet qəzetinə məhbusun yaxınları məlumat veriblər.

Yaxınlarının verdikləri məlumata görə, Xalidin gözləri tutulmaq üzrədir. Öd kisəsindəki ağrılardan yata bilmir. Siyasi məhbusun yaxınları hüquq müdafiəçilərdən, jurnalistlərdən kömək gözləyirlər.

Qeyd edək ki, Masallı dindarlarından olan Xalid Kazımov 2012-ci ilin sentyabr ayında Masallı rayonunda həbs olunub. O, beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutularaq, 8 il azadlıqdan məhrum edilib. Xalid Kazımov və yaxınları bu ittihamların saxta və yalan olduğunu bildirirlər.