Azərbaycan şahmat üzrə Avropa çempionu oldu
https://azeri.sahartv.ir/news/azərbaycan-i286216-azərbaycan_şahmat_üzrə_avropa_çempionu_oldu
Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2017 11:42 Asia/Baku
  • Azərbaycan şahmat üzrə Avropa çempionu oldu

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub.

"Report"un məlumatına görə, bu nailiyyət Yunanıstanın Krit adalarında az əvvəl başa çatan nüfuzlu yarışda əldə olunub.

Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib — 3:1.

Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.